Gəncədə 24 yaşlı şəxs bədənin müxtəlif nahiyyələrinin kəsilmiş yarası ilə xəstəxanaya gətirilib.
Moderator.az xəbər verir ki, hadisə gecə saatlarında, restoranlardan birinin qarşısında baş verib. 2001-ci il təvəllüdlü Vüsal Rüstəmov xəstəxanaya yerləşdirilib.
Hazırda onun hansı şəraitdə və necə xəsarət alması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb