AZ

"Beşiktaş" İngiltərdən oyunçu transfer etdi - FOTO

"Beşiktaş" növbəti transferini reallaşdırıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun mətbuat xidməti məlumatına görə, İngiltərənin "Lester" komandasının üzvü Vilfred Ndidi heyəti cəlb olunub.

28 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2028-ci ilin yayına qədər bağlanıb.Transferə görə "qara qartallar" 8 milyon avro ödəyəcəklər.

Qeyd edək ki, Ndidi 2017-ci ildən "Lester"də çıxış edir. O, ötən mövsüm 30 oyunda 1 qol və 5 məhsuldar ötürməni aktivinə yazdırıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
4
2
milli.az

3Mənbələr