AZ

Ağdərədə yanğın törədən şəxs saxlanıldı- FOTO

Avqustun 7-də Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, araşdırmalarla yanğının 1983-cü il təvəllüdlü Sənan Əliyevin məişət tullantılarını yandırmaq üçün qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub və o, saxlanılıb.
 
Faktıa bağlı rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.
Seçilən
15
19
moderator.az

10Mənbələr