Türkiyənin əfsanəvi aktyoru Münir Özkulun həyat yoldaşı Ümman Özkul uzun sürən xərçəng xəstəliyindən sonra 2025-ci il avqustun 7-də vəfat edib.
Milli.Az xəbər verir ki, 2018-ci ildə vəfat edən Münir Özkulun 40 illik həyat yoldaşı Ümmanın ölüm xəbərini qızı Güner Özkul sosial şəbəkədə paylaşaraq ailəni dərin hüznə boğub.
Dəfn mərasimi 8 avqust 2025-ci ildə günorta namazından sonra Zincirlikuyu məscidində qılınacaq və Kilyos qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Ümman Özkul 1986-cı ildə Münir Özkulla evlənmiş və onların arasında 25 yaş fərqi olmuşdur.
Münir Özkul "Hababam Sınıfı", "Neşeli Günler", "Bizim Aile", "Gülen Gözler" və "Mavi Boncuk" kimi klassik Yeşilçam filmlərindəki rolları ilə türk kinematoqrafiyasının dəyərli simalarından biri olmuşdur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)