AZ

Vaşinqtonda imzalanan sənəd Rusiyanı Cənubi Qafqazda bitirdi - Deputat

Vaşinqtonda imzalanan sənəd Azərbaycanın təkcə çox möhtəşəm diplomatik qələbəsi deyil, həm də strateji dönüş nöqtəsidir, yəni Cənubi Qafqaz nəhayət, Rusiyanın inhisarçılığı olmadan beynəlxalq münasibətlər sisteminə inteqrasiya edəcək.

Bunu  Ölkə. az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki,  Vaşinqtonda  Ermənistan-Azərbaycan arasında sülh sənədinin parafalanması və Azərbaycan. ABŞ, Ermənistan liderlərinin  imzaladığı üçtərəfli birgə bəyanat  təkcə Cənubi Qafqazın deyil, eyni zamanda daha geniş coğrafiyanın   gələcəyini müəyyən edən çox əhəmiyyətli tarixi  hadisə kimi düşəcək.

“Bu, Azərbaycanın bütün strateji qələbələrinin yekun rekordudur və Qarabağ məsələsində hüquqi məqamdır.
Əslində biz bir dövrü başa vuran və regionun geosiyasi arxitekturasını tamamilə dəyişdirən bir hadisənin şahidi olduq”, - o vurğulayıb. 
Deputat  əlavə edib ki,  imzalanan sənədlərdə Ermənistan ən yüksək səviyyədə və yazılı şəkildə qarşıdurmadan, silahlı münaqişələr olmadan dinc yanaşı yaşamanın zəruriliyini rəsmən etiraf edir: “Başqa sözlə, İrəvandakı siyasi dairələr və nüfuzlu erməni diasporası tərəfindən onilliklər ərzində qızışdırılan revanş ideyasının son olaraq rədd edilməsi qeydə alınır.
 Ümumiyyətlə Vaşinqtonda  keçiirlən görüşlərdə və  imzalanan sənədlərdə Azərbaycanın yekun sülh sənədinin imzalanması üçün irəli sürdüyü ATƏT Minsk qrupunun buraxılması, Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi, Ermənistan konstitusiyasına dəyişikliyin edilməsi ilə bərabər 33 ildən bəri ABŞ-Azərbaycan əlaqələrinin inkişafına mane olan “907-ci düzəliş”in, o cümlədən Vaşiqntonla Bakı arasında əlaəqlərin inkişafını nəzərdə tutan İşçi qrupun yaradılması  çox möhtəşəm strateji qələbədir.


Vaşinqton Bəyannaməsi Bakı ilə İrəvan arasında ikitərəfli münasibətlərdə yeni səhifənin açılamsı ilə yanaşı,  bölgəmizə olan kənar təsirlərin zərərsizləşdirilməsi baxımdan da mühüm əhəmiyyət kəsb edir.  Vaşinqton anlaşması bölgədə yeni  geosiyasi reallığın  formallaşmasının əsasını qoydu. Bu da ondan ibarətdir ki, Rusiya Cənubi Qafqazda təsirini itirdi.
 Bunun nəticəsi idi ki, Ermənistan-Azərbaycan arasında münaqişənin birməsi və sülh sazişinin paraflanması  Moskvada deyil, ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda imzalandı.
-Rusiyanın həmsədrlərdən biri olduğu ATƏT-in Minsk Qrupu ləğv olundu.
-Zəngəzur marşrutu və TRIPP layihəsinə Qərb dövlətləri nəzarət edir və Rusiyanın təsir rıçaqlarından məhrumdur.
-Ermənistan faktiki olaraq Rusiyanın hərbi qəyyumluğunu tərk edərək beynəlxalq təhlükəsizlik təminatlarına qapı açıb.

Cənubi Qafqazda belə bir  tarixi diplomatik uğura  İkinci Qarabağ müharibəsindən sonra  bölgənin sülh gündəliyini formalaşdırıb, onun təminatçısı rolunda çıxış edən və bütün prosesi uzaqgörən, qətiyyətli, çevik diplomatiya yürütməklə başa çatdıran Prezident İlham Əliyev imza atıb. Məhz onun çevik diplomatiyası nəticəsində  son bir neçə yüz ildə Rusiyanın təsir dairəsində olan Cənubi Qafqaz ölkələri nəhayət  müstəqil dövlətlər olaraq beynəlxalq münasibətlər sisteminə inteqrasiya edəcək.
 Vaşinqton sənədi eyni zamanda Türk dünyasının gələcək inkişafı baxımdan, həmçinin Rusiyanın təsir dairəsindən xilas olması,  geosiyasi güc mərkəzi kimi təmərküzləşib  ortaya çıxması baxımdan xüsusi rol oynayacaq”. 


Mürtəza

Seçilən
9
olke.az

1Mənbələr