Avqustun 9-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən Ölkə.az-a verilən məlumata görə, bəzi yerlərdə şərq küləyi əsir.
Küləyin maksimal sürəti arabir Neftçalada 20, Goranboyda 19, Naftalanda eləcə də Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.