AZ

Bu tarixi bir Qələbədir – Millət vəkili

Azərbaycan nəinki müstəqillik, çoxəsrlik dövlətçilik tarixinin ən parlaq, ən möhtəşəm dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin Xilaskarlıq missiyası ilə təməli qoyulan Zəfər tariximiz bir daha sübut edir ki, heç bir hədə və təzyiq, heç bir təhdid və iyrənc qarayaxma kampaniyası milli iradəyə və müstəqil dövlətçilik məfkurəsinə xidmət edən siyasi dəst-xəttin gətirdiyi tarixi Qələbələrin qarşısını almaq gücündə deyil!

Tarixi miqyasını ifadə etmək üçün sözün belə aciz olduğu Vaşinqton anlaşması bütün dünyaya göstərdi ki, tarixdə şəxsiyyət faktorunun rolunu görməzdən gələnlər və ya onun əhəmiyyətini kiçiltməyə cəhd edənlər, bu cür nadir tarixi hadisələrdən, nəhayət, ibrət dərsi almalıdırlar.

Vaşinqton Zirvə görüşü onu da sübut etdi ki, yalnız xalqın tərəddüd etmədən etimad göstərdiyi və bütün təhlükələrə baxmayaraq, yalnız öz xalqının iradəsini ləyaqət və qürurla təmsil edən Prezident İlham Əliyevin Lider qətiyyəti Zəfər tariximizin qarşısında dayanan sal daşları yerindən oynatmaq və onları kənara atmaq gücündədir!

Bu tarixi Qələbə münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, Uca Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Allah xalqımızı, müstəqil Azərbaycanı və Müzəffər Prezidentimizi qorusun, bədxahlarımızın hələ də hədəfində olan tarixi birliyimizi bundan sonra da hifz etsin!

Ulvi Quliyev

Milli Məclisin deputatı

Seçilən
3
2
veteninfo.az

3Mənbələr