Ajans.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Hesabat dövründə xaricə səfər etmiş Gürcüstan vətəndaşlarının ümumi sayı 715,1 min nəfər təşkil edib ki, bu da illik müqayisədə 2,5% çoxdur. Xarici səfərlərin 34,7%-i Türkiyə (201,3 min nəfər), 18,3%-i isə və Rusiyaya (106,3 min nəfər) olub. Xaricə gedən Gürcüstan vətəndaşlarının 18,3 %-i Avropa İttifaqı ölkələrinə, 14,3 %-i Ermənistana, 14,4%-i isə digər ölkələrə səfər edib. Aprel-iyunda həyata keçirilmiş səfərlər zamanı xərclər 582,8 milyon lari təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətdə 1,9 faiz azdır. Bir ziyarət üçün orta xərc illik müqayisədə 2,3 faiz azalaraq 1 032,7 lari təşkil edib. Qeyd edək ki, bu ilin birinci rübündə Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Azərbaycanın payı 2,3%-ə bərabər olub. \ teleqraf.az