Böyük Britanyanın xarici işlər naziri Devid Lemmi Vaşinqtonda sülh istiqamətində atılan cəsarətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın XİN başçısı Devid Lemmi sosial şəbəkədəki səhifəsində bildirib.
O, bu irəliləyişin əldə olunmasının həyati rolunu təqdir etdiyini vurğulayıb:
“Hər iki tərəf öhdəliklərinə əməl etdikcə Birləşmiş Krallıq Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır”.
Congratulations to Armenia and Azerbaijan on the bold steps taken in Washington towards peace. I commend @POTUS’s vital role in securing this breakthrough.
— David Lammy (@DavidLammy) August 9, 2025
As I told @JDVance, the UK stands ready to support peace in the South Caucasus, as both sides honour their commitments.