“Biz cənub enliyində məskunlaşmışıq və azərbaycanlılar kəskin istilərə daha çox öyrəşib. Afrika, yaxud səhralıq ərazilərdə olan insanlar belə havalarda əziyyət çəkmirlər".
Bunu "Yeni Sabah"a coğrafiyaşünas Səid Səfərov deyib.
O, son həftələrdə 41 dərəcədən aşağı enməyən isti və bürkülü hava şəraiti ilə bağlı qeyd edib: Dominos pizza
"Sizcə, niyə, Azərbaycanda bu dərəcədə istiyə dözmək mümükn olduğu halda, tutalım, Moskvada termometrin 34 göstəricisinə dözmək olmur? Həqiqəti bilmək üçün Azərbaycan və Moskvanın hansı enliklərdə yerləşməsinə diqqət etmək lazımdır.
“Biz cənub enliyində məskunlaşmışıq və azərbaycanlılar belə istilərə daha çox öyrəşib. Afrika, yaxud səhralıq ərazilərdə olan insanlar da isti havalarda əziyyət çəkmirlər. Yəni bu, adaptasiya və uyğunluq məsələsidir.
Məsələn, ərəblərin paltarlarına nəzər salaq. İsti havaya baxmayaraq, ağ libas geyinib başlarını örtürlər. Çünki insan bədəninin və ətraf mühitin temperaturu fərqlidir. Yəni havada 50 dərəcə isti varsa, bədənimizin də temperaturu 36 dərəcədirsə, deməli, kənardan daxilimizə istilik qəbul edilir. Bunun qarşısını almaq üçün də ərəblər izolyasiya məqsədilə münasib paltarlar geyinirlər.
Bu məsələdə rütubətlilik də rol oynayır. Həmçinin, havanın hərəkəti, yəni, külək də öz yerində. Eyni temperaturda, külək olanda daha sərin olur. Rütubətlilik olarkən isə insan özünü daha pis hiss edir. İsti olanda insan tərləyir və tər buxarlanır.
Beləliklə, istilik insanın bədənindən çıxır. Lakin hava çox rütubətli olanda insan tərləyə də bilmir ki, insan sərinləsin. Moskvada da həmçinin, rütubətlilik çoxdur. Ona görə də isti havada onlar daha çox əziyyət çəkirlər”.
Meteoroloq Cavid Hüseynov isə sözügedən məsələyə belə şərh verib:
“İnsan orqanizmi isti mühitdə özünü soyutmağa çalışır və bu məqsədlə tər ifraz edir. Ancaq yüksək rütubət şəraitində tərləmə bədəni soyutmur, əksinə, istiləşməyə davam edir. Bu da öz növbəsində suyun və eyni zamanda insan üçün faydalı mikroelementlərin itkisinə səbəb olur.
İsti və rütubətli havada insanlarda qan təzyiqi aşağı düşür, əzələ spazmları, maye itkisi ilə müşayiət olunan disorientasiya və süstlük yaranır, bu da təfəkkürün pozulması və huşun itirməsinə səbəb ola bilir.
Havanın aşağı rütubəti də insan sağlamlığı üçün əlverişsizdir, çünki bu, tənəffüs yollarının, gözlərin, burun və ağızın selikli qişalarının qurumasına səbəb olur. Bu da, bədənin qoruyucu funksiyalarını azaldır və müxtəlif infeksiyalara yoluxma riskini artırır(dərinin qurumasına, soyulmasına, qaşınmasına, çatlara, eritemalara səbəb olur). Bundan əlavə, qıcıqlanma, baş ağrısı, narahatlığa səbəb olan statik elektrikin yığılmasına kömək edir.
Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyələrinə əsasən, insan sağlamlığı üçün nisbi rütubətin optimal səviyyəsi 40-60% təşkil edir. Bu səviyyədə tərin buxarlanması və selikli qişaların nəmlənməsi arasında tarazlıq yaranır və havada zərərli maddələrin və mikroorqanizmlərin konsentrasiyası azalır. Bununla belə, real şəraitdə havanın rütubəti iqlim, mövsüm, hava, istilik, kondisioner və digər amillərdən asılı olaraq optimal səviyyədən əhəmiyyətli dərəcədə fərqlənə bilər.
İnsanın özünü rahat hiss etməsi üçün optimal temperatur diapazonu 20-24° C-dir. 18°C-dən aşağı və ya 26°C-dən yuxarı temperatur narahatlığa səbəb ola bilər”.
Aytac Əliyeva
Telegram kanalımız