AZ

“İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi” – Səbuhi Abbasov

“İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi. Qətiyyətlə demək olar ki, şərəfli missiya uğurla başa çatdı”

Bu sözləri saytımıza açıqlamasında politoloq, internet-media ekspert Səbuhi Abbasov deyib: “”Axios” agentliyi yazır ki, imzalanan sənəd ABŞ prezidenti Donald Trampın indiyədək əldə etdiyi ən böyük xarici siyasət uğurlarındandır və dünyada ən çox çəkən münaqişələrdən birinə son qoya bilər.

Burda səhv yoxdur, lakin düzəlişə, obyektiv yanaşmaya ehtiyac var.

Əvvəla münaqişəyə və işğala Prezident İlham Əliyev və şanlı ordumuz 2020-ci ildə, 44 günlük savaşda son qoyub. İkincisi, bu ilk növbədə Trampın yox, məhz İlham Əliyevin siyasi qələbəsinin təntənəsidir. Məsələ bundan ibarətdir ki, imzalanacaq istənilən sənəddə Azərbaycanın şərtləri irəli sürülüb. İstər konstitusiya dəyişikləri, istər Minsk qrupunun buraxılması, istərsə də, Naxçıvanla birbaşa qurur yolunun açılması (red. Zəngəzur dəhlizi) məhz Azərbaycanın tələbləridir. Ermənistan üzərinə düşən isə sadəcə tələblərlə razılaşıb, onun hüquqi cəhətdən rəsmiləşdirməsini təmin etməkdir.

Artıq Birgə Bəyannamə imzalandı. Bəyannamədə qeyd olunanlar onu deməyə əsas verir ki, tələblərimiz qeyri-şərtsiz qəbul edilib. ATƏT-ə birgə müraciət qəbul edildi, Naxçıvanla quru yol problemi həll olundu, eyni zamanda, TRIPP layihəsinin çərçivələri müəyyən edildi.

Bəli, Azərbaycan təkcə Cənubi Qafqazda və regionda deyil, dünyada söz sahibinə çevrilib. Bəzi dairələr və ölkələr üçün bu qəbuledilməz olsa da, reallıq budur. Reallıqları qəbul etməyənlər məhvə məhkumdurlar.”

Seçilən
0
8
veteninfo.az

9Mənbələr