Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutanAzərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri yalnızölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıdı.Səfər zamanı Azərbaycan və Ermənistan sülh gündəliyi ilə yanaşı,ölkəmizlə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsiməsələləri xüsusi müzakirə mövzusu oldu.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıVüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, Donald Trampın yenidən hakimiyyətəgəlməsi ABŞ və Azərbaycan arasındakı münasibətlərdə yeni səhifəaçıb:
“Siyasi və strateji əməkdaşlıq ilə yanaşı, Azərbaycan-ABŞmünasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regionalbağlantılar və süni intellekt və rəqəmsal infrasturukturun da daxilolduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək.Prezident İlham Əliyevin səfəri zamanı yaradılması razılaşdırılanStrateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun vəenerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə dəregional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süniintellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq”.
Deputatın sözlərinə görə, enerji sahəsində əməkdaşlıq ABŞmütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyinidaha da gücləndirməsinə imkan yaradacaq.
“14 ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakıtərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvəverir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çoxtexnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. BuAzərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərinreallaşmasına dəstək olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığıABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-niniqtisadi fəallığı deməkdir”.
V.Bayramov xatırladıb ki, Prezident İlham Əliyev dəfələrləZəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsiolmasını bəyan edib.
“Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətisayəsində imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi iləNaxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Bu, ZəngəzurDəhlizinin reallaşması deməkdir. Vaşinqtonda həmçinin, ZəngəzurDəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasındasaziş imzalanıb. Bu isə o deməkdir ki, Tramp Zəngəzur Dəhlizininqarantı rolunu oynayacaq”, - deyə o fikrini tamamlayıb.
Milli Məclisin deputatı Sahib Alıyev isəTrend-əaçıqlamasında deyib ki, Prezident İlham Əliyevlə Nikol Paşinyanınimzaladıqları və ABŞ Prezidentinin şahidlik etdiyi BirgəBəyannamədə Azərbaycanın bütün şərtləri yer alıb:
“ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə AzərbaycanlaErmənistan arasında sülh yönündə böyük, həlledici sayılan addımatıldı ki, paradoksal görünsə də, əslində bunun təsbit edildiyiBirgə Bəyannamənin mətninin elə belə olacağı tamproqnozlaşdırılırdı. Biz azərbaycanlılar və elə qarşı tərəf dəgözəl bilirdik ki, hansı dövlətin vasitəçiliyi ilə ərsəyəgəlir-gəlsin, Azərbaycan Prezidenti İlham Əliyevin imza qoyduğuistənilən sülh sənədində onun irəli sürdüyü tələblər mütləq əksinitapacaq. Orada hər şey - Minsk Qrupunun buraxılması ilə bağlı birgəmüraciət də, Naxçıvana maneəsiz gediş-gəliş də, revanşizm cəhdininyolverilməzliyi də açıq qeyd olundub”.
Millət vəkilinin sözlərinə görə, Birgə Bəyannamənin 1-cimaddəsində Azərbaycanın Ermənistanın konstitusiyasına dəyişikliktələbində haqlılığı və o, təmin edilməyincə hərtərəfli sülhmüqaviləsinin nə imzalanmasının, nə də ratfikasiyasın mümkünlüyüvurğulanır:
“Beləliklə, bu Bəyannamə ilə 2020-ci ilin 10 noyabrındakıüçtərəfli bəyanat ABŞ-nin şahidliyi və demək ki, dəstəyi iləikitərəflilənir. Təbii ki, bu transformasiyada 2020-ci ildən sonraAzərbaycanın yaratdığı yeni reallıq, yəni Qarabağ üzərindəsuverenliyinin təmini də tam nəzərə alınır və 2024-cü ilinaprelində Brüsseldə ABŞ-Avropa Birliyi-Ermənistan üçlü görüşündə,ondan öncəki Qranada zirvəsindəki məkrli razılaşmalar “status”ungetdiyi yerə göndərilir”.
S.Alıyev vurğulayıb ki, Vaşinqtonda baş verənlər təkcə bizimregionda yeni dövrün başlanğıcını ifadə etmir.
“Bu, bütövlükdə yeni dünya düzəninin qurulması yönündə atılanilk addımdır. Belə bir addımın ABŞ kimi supergücün paytaxtındaatılması nə qədər təbii görünürsə, onun elə həmən supergücün dəuzun zaman arzulamadığı və hətta qarşı çıxdığı şəkildə baş verməsibir o qədər heyrətamizdir”, - deyə deputat qeyd edib.