AZ

Yaponiya F-35B təyyarələri ilə aviasiya gücünü artırır

Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin Müvəqqəti F-35B Eskadronuna məxsus üç ədəd F-35B döyüş təyyarəsi Nyutabaru aviabazasına gətirilib.

Bu barədə “Poliqon” Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə istinadən xəbər verib.

Bildirilib ki, Yaponiya Hava Özünümüdafiə Qüvvələri F-35B-lərin yerləşdirilməsi vasitəsilə ölkənin hava imkanlarını daha da təkmilləşdirməyə və gücləndirməyə davam edəcək.

Qeyd edək ki, 2020-ci ilin iyul ayında ABŞ Dövlət Departamenti 23 milyard dollar dəyərindəki F-35 təyyarələrinin Yaponiyaya satışını təsdiqləyib. Bu satışa əsasən, Yaponiyaya ümumilikdə 105 ədəd F-35 təyyarəsi (63 ədədi F-35A, 42 ədədi isə F-35B variantı) tədarük ediləcək.

Seçilən
20
poliqon.az

1Mənbələr