“Vaşinqtonda sülhə doğru atılan qətiyyətli addımlara görə Ermənistan və Azərbaycanı təbrik edirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “X” hesabında paylaşım edib.
“Bu irəliləyişin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın mühüm rolunu yüksək qiymətləndirirəm”, - deyə Lemmi bildirib.
Onun sözlərinə görə, Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır.