Göyçayda qeydə alınan zəzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.
Yenisabah.az xəbər verir ki, bu, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Bu gün Göyçay rayonunda zəlzələ qeydə alınıb. Dominos pizza
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 11:03-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.
Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.
Telegram kanalımız