AZ

“Tramp yolu”nun iqtisadi əhəmiyyəti – 1 trilyon dollarlıq dövriyyə

“Bu bir iqtisadi layihədir və Avropadan şərqə daşımalarda əhəmiyyətli bir maliyyə qazancı var. Təkcə Avropa ilə Çin arasındakı iqtisadi dövriyyə 1 trilyon dollara yaxındır. Bu dövriyyənin Azərbaycan, konkret olaraq, Orta dəhliz vasitəsi ilə həyata keçməsi çox böyük bir iqtisadi səmərə deməkdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. O, bildirib ki, Vaşinqton danışıqlarında əldə edilmiş razılaşmaların həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi əhəmiyyəti böyükdür:

“Azərbaycan dünya iqtisadiyyatına yeni baxış, yeni layihə təqdim etdi. Bu, Orta dəhliz üzərindən Azərbaycanın çox mühüm coğrafiyaya malik olması, onu iqtisadi səmərəyə çevirməsinə səbəb oldu. Məlumdur ki, şərqlə qərb arasında Azərbaycanın coğrafi mövqeyi özlüyündə iqtisadi mahiyyətə gətirib çıxarır.  Toyuqlu pizza

Birinci mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolunun açılması, daha sonra isə Xəzər dənizindən yük daşımalarının reallaşması, ümumilikdə “Bir kəmər bir yol” qlobal layihəsinin tərkib hissəsi olan Orta dəhlizin reallaşmasını təmin etmiş oldu. Bunun böyük bir iqtisadi mahiyyət kəsb etməsi üçün ən səmərəli marşurtlardan biri də Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyə üzərindən Avropaya çıxışdır. Mən hesab edirəm ki, dünənki görüşdən sonra bu məsələ də özünün tam həllini tapacaq. Birinci növbədə, Azərbaycanın quru yolla Naxçıvanla əlaqəni bərpa etməsi bizim tarixi haqqımız, ədalətli tələbimizdir. Ermənistan üçün isə kommunikasiyaların açılması bir növ iqtisadi nəfəslikdir”. 

Millət vəkili diqqətə çatdırıb ki, Orta dəhlizin ən əsas hissəsi elə məhz “Tramp yolu”dur:

“Bu gün Çinin istifadə etdiyi əsas ticarət marşurtları okean və Şimal dəhlizidir. Okeanla yüklərin daşınması həm riskli olur, həm də baha başa gəlir. Yəni bu daşınma prosesi 60-65 günə həyata keçirilir. Orta dəhliz vasitəsi ilə yüklərin daşınması isə ən gec 16-17 günə başa gəlir. Biz hər iki yolu müqayisə etsək, Orta dəhlizin iqtisadi səmərəsi konkret aydın olur. Bu dövriyyənin Azərbaycan, konkret olaraq, Orta dəhliz vasitəsi ilə həyata keçməsi çox böyük bir iqtisadi səmərə deməkdir. Bunun əsas kilid hissəsi isə Zəngəzur dəhlizi yaxud yeni adı ilə “Tramp yolu”dur”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr