Göyçayda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Bu barədə APA-ya nazirlikdən bildirilib.
***
11:19
Göyçay rayonunda zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Respublika Seymololoji Xidmət Mərkəzi məlumat yayıb.
Bilridilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də, İsmayıllı stansiyasından 35 km cənub-qərbdə baş verib.
Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.
Qeyd olunub ki, yeraltı təkanın maqnitudası 4, dərinliyi isə 16 km olub.