AZ

“Liviya və Qarabağda bizə ehtiyac olduqda da bunu etdik” – Ərdoğan

“Türkiyə barış masalarının axtarılan ölkə halına gəlir. Bu gün Türkiyə özünə inanır, güvənir və hədəflərinə doğru möhkəm addımlarla irəliləyir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qlobal və regional siyasətdə artan rolundan danışarkən deyib.

Prezident bölgədə davam edən münaqişələr və qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklərin iş dünyasında yaratdığı narahatlıqları bildiklərini vurğulayıb. O, Qəzzada baş verən soyqırımdan sonra İsrailin Livan, Yəmən, İran və Suriyaya hücumları ilə artan geosiyasi risklərin də diqqətlə izlənildiyini deyib.

“Suriya ilə 14 il ərzində bunu etdik. Rusiya–Ukrayna müharibəsinin ilk günündən bunu etdik. İsrailin İran, Yəmən və Livana hücumlarında bunu etdik. Qəzza soyqırımına cavab olaraq İsraillə ticarət əlaqələrini kəsməkdə bunu etdik. Körfəz ölkələri ilə münasibətləri inkişaf etdirərkən, Liviya və Qarabağda bizə ehtiyac olduqda da bunu etdik” – Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, bölgədə yeni oyunlar qurularkən, Türkiyənin bunları pozacaq addımlar atması dövlət strategiyasının vacib hissəsidir.

Onun sözlərinə görə, ölkəni əhatə edən “od halqasından” yalnız strateji yanaşma, qarşılıqlı inam və güclü iradə ilə çıxmaq mümkündür:”Ne edirik, bunun üçün edirik. Hansı riskə giririksə, bunun üçün giririk. Cumhur İttifaqı olaraq yalnız əlimizi deyil, bütün varlığımızı bu yükün altına qoyuruq”.

Seçilən
3
1
7times.az

2Mənbələr