Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları(ABŞ) Prezidenti Donald Tramp və Ermənistan Baş naziri NikolPaşinyanın avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşütarixi əhəmiyyət daşıyır. Bu görüş regionun gələcəyi üçün mühümdönüş nöqtəsi olacaq. Görüşdə qəbul edilmiş Birgə Bəyannamə uzunillər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanarasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddiaddım kimi tarixə düşəcək.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıSəbinə Salmanova deyib.
Deputat Birgə Bəyannamədə bir çox vacib məsələlərin əksoldunuğunu bildirib:
“Sənəddə yer alan kommunikasiyaların açılması ilə bağlımüddəalar Azərbaycan və Ermənistan arasında təkcə fiziki deyil, həmdə siyasi və iqtisadi körpülərin qurulmasına xidmət edir.Azərbaycanla Naxçıvan arasında birbaşa, maneəsiz əlaqənin təminolunması ölkəmizin milli maraqları baxımından xüsusi əhəmiyyətdaşıyır. Paralel olaraq Ermənistanın da bu prosesdən faydalanmasınəzərdə tutulur ki, bu da sülh təşəbbüsünün qarşılıqlı faydayaəsaslandığını göstərir.
Xüsusilə, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan və“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlananbeynəlxalq nəqliyyat layihəsi regionun bütün ölkələri üçün iqtisadiperspektivlər açır. Bu layihələr, Prezident İlham Əliyevintəşəbbüsü ilə uzun illərdir davam edən regional nəqliyyatinteqrasiyası planının tərkib hissəsidir və Azərbaycanın tranzitimkanlarını daha da genişləndirəcək”.
Millət vəkili əlavə edib ki, sənəddə xüsusi olaraq vurğulanmalıbir məsələ də ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə sonqoyulması təşəbbüsüdür.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindənimzalanmış birgə müraciətlə Minsk qrupunun və ona bağlı bütünstrukturların ləğvi təşəbbüsünə rəsmi start verilməsi uzun illərərzində heç bir nəticə verməyən, fəaliyyətsiz və artıq realvəziyyətə uyğun gəlməyən bu formatın tarixə qovuşduğunu göstərir.Bu diplomatik qərar Prezident İlham Əliyevin siyasi iradəsinin vəAzərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisininnövbəti sübutudur”, - deyə S.Salmanova qeyd edib.
Milli Məclisin deputatı Zaur Şükürov isəTrend-əaçıqlamasında deyib ki, Ermənistanla Azərbaycan arasındanormallaşma prosesində, sülh gündəliyinin formalaşmasında Prezidentİlham Əliyevin rolu əvəzsizdir:
“Münaqişəni qalibiyyətlə bitirdikdən sonra Azərbaycan sülhgündəliyi ilə çıxış etdi və bu sülh təşəbbüsünün banisi də məhzPrezident İlham Əliyevdir. 2022-ci ilin əvvəlində Azərbaycan sülhmüqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin,ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması,qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşıərazi iddiası ilə çıxış etməmək,bir-birinə qarşı güc tətbiqetməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası vədelimitasiyası, diplomatik münasibətlərin qurulması,kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən “5 əsasprinsipi” Ermənistana təqdim etdi. Bu ilin mart ayında son olaraqrazılaşdırılan, 17 maddədən ibarət sülh müqaviləsinin mətni də məhzAzərbaycan tərəfindən hazırlanıb”.
Millət vəkili xatırladıb ki, 2023-cü il antiterror tədbirlərinəticəsində Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü tamtəmin etdikdən sonra həqiqi danışıqlar başladı və 2025-ci ilin martayında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşdı:
“Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülhgündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişilayihəsinin imzalanması yolunda əsas maneələrin - ErmənistanKonstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradanqaldırılması və lazımsız Minsk Qrupu və əlaqəli qurumların ləğvolunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesininləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin,Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına vəbununla da, dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tamgücü ilə işləməsinə maneə törədirdi”.
Deputat vurğulayıb ki, Vaşinqton görüşü çərçivəsində imzalanmışBirgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbətiqələbəsidir.
“Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyisayəsində milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə özəksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi -Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan özkonstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanınçıxarılmasını qəbul edir. Buna qədər Ermənistan rəsmilərikonstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülhmüqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar. Həmçinin,Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir. AzərbaycanVaşinqtonda bu məqsədinə də nail oldu. Müharibədə qalib gəlmişPrezident İlham Əliyev sülhü də qazandı”, - deyə Z.Şükürov fikrinitamamlayıb.