İsmayıllı stansiyasından 35 km cənub-qərbdə - Göyçay rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Ekologiya.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.
Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.