"Vaşinqtonda sülhə doğru atılan cəsarətli addımlara görə Azərbaycanı və Ermənistanı təbrik edirəm".
Moderator.az-ın verdiyi məlumata görə, bu barədə Böyük Britanyanın xarici işlər naziri Devid Lemmi özünün "X" səhifəsində bəyan edib.
"Bu irəliləyişin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın mühüm rolunu alqışlayıram. Cey Di Vensə də bildirdiyim kimi, hər iki tərəf öhdəliklərinə əməl etdiyi üçün Böyük Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır",- deyə Birləşmiş Krallığın XİN rəhbəri əlavə edib.
