AZ

Rusiyanın Xersonda mikroavtobusa hücumu nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb

Rusiya bu gün səhər saatlarında Ukraynanın Xerson bölgəsinə hücum edib.

APA Ukraynanın Baş naziri Yuliya Sviridenkonun sözlərinə istinadən xəbər verir ki, Xersonun şəhərətrafı ərazisində bir mikroavtobusun vurulması nəticəsində 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Sviridenko Rusiyanın məqsədyönlü şəkildə mülki vətəndaşlara hücum etdiyini vurğulayıb və bu hərəkəti terrorizm adlandırıb.

Seçilən
14
3
apa.az

8Mənbələr