AZ

Niderland XİN Azərbaycan və Ermənistan arasındakı sülh prosesində tarixi irəliləyişi alqışlayır

Bakı. Trend:

Niderland Krallığının xarici işlər naziri Kaspar VeldkampVaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan başnaziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmalarıalqışlayaraq, onları tarixi irəliləyiş kimi qiymətləndirib.

Trend xəbər verirki, bu barədə XİN rəhbəri “X” səhifəsində yazıb.

Yazıda Veldkamp eyni zamanda, bu irəliləyişin təmin olunmasındaABŞ Prezidenti Donald Trampın vacib rol oynadığını vurğulayıb.

O, hər iki ölkəyə və ABŞ prezidentinə irəliləyiş üçün lazımışərtlərin yaradılmasına görə təşəkkür edib və vurğulayıb ki,müəyyən çağırışların qalmasına rəğmən, sülh müqaviləsinin yaxıngələcəkdə bağlanması artıq mümkün görünür.

Məqalədə:
Seçilən
55
3
az.trend.az

4Mənbələr