Sea Breeze

“Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri yeni müstəviyə keçir. Burada bir çox sahələrdə yeni strateji tərəfdaşlığı inkişaf etdirəcək, möhkəmləndirəcək elementlər üzərində danışıqlar aparılır. Artıq bəzi sənədlər də imzalanır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat bildirib ki, Azərbaycan-ABŞ münasibətlərinə maneçilik törədən 907 saylı düzəliş var və bu düzəlişin aradan qaldırılması münasibətlərin müsbət istiqamətdə dəyişməsinə zəmin yaradacaq.

“Artıq verilmiş anonsdan da bəlli olur ki, Donald Tramp yaxın saatlarda 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı fərman imzalamaq niyyətindədir. Trampın bu qərarı qeyd etdiyim kimi, Azərbaycan-ABŞ münasibətlərinin yeni bir müstəviyə keçməsinə gətirib çıxaracaq və eyni zamanda yeni imkanlar yaratmış olacaq. 907-ci düzəlişin icrasının dayandırılması ilə bağlı qərar təkcə Azərbaycan-ABŞ münasibətləri üçün yox, həm də Azərbaycan-ABŞ münasibətləri üzərindən Cənubi Qafqaz bölgəsinin iqtisadi, siyasi, kommunikasiya, nəqliyyat, enerji təhlükəsizliyi və digər sahələrdə də geniş imkanları yarada biləcək vacib bir qərardır. Bu baxımdan da mən Azərbaycan xalqına “gözün aydın olsun” deyirəm”-deyə deputat qeyd edib.

ETX
ETX
ETX