Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 8-də ümumi çəkisi 57,5 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə kolu götürülüb, yabanı halda bitmiş 1 tona yaxın 1952 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.