AZ

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 25% artıb

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 4 milyard 943 milyon manat təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% və ya 993 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 2.9 milyard manatı elektron ticarət, 1 milyard 92 milyon manatı POS-terminallar, 776 milyon manatı bankomatlar, 173 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2025-ci il iyul ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 118 min təşkil edib.

Seçilən
6
4
7times.az

6Mənbələr