AZ

NYT: Tramp ərazi güzəşti hesabına sülh istəyir

BAKI, 9 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi güzəştlərindən qəfil imtina etməsi Kiyev və Moskva arasında sülh razılaşmasına nail olmaq niyyətində olan ABŞ Prezidenti Donald Trampı qəzəbləndirə bilər.

Teleqraf xəbər verir ki, bu “The New York Times” (NYT) məlumat yayıb.

Qeyd olunur ki, Tramp Kiyev üçün əlverişsiz şərtləri qəbul etmək olsa belə, Ukrayna və Rusiya arasında sülh sazişinin əldə olunmasını özünün əsas xarici siyasət məqsədlərindən biri edib.

NYT vurğulayır ki, Tramp bundan əvvəl Ukraynanı atəşkəs tələblərinə sadiq qaldığına və sülhə hazır olmadığına görə tənqid edib.

Seçilən
3
teleqraf.com

1Mənbələr