AZ

Velosiped idmanı üzrə milli komandalar Gədəbəydə təlim-məşq toplanışındadır

Gədəbəy, 9 avqust, Vüsalə Cənnətova, AZƏRTAC

Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaları Gədəbəy rayonunda təlim-məşq toplanışındadır.

Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayevanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumat görə, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçirilən təlim-məşq toplanışında 5-i qız olmaqla, 24 idmançı nəzəri-praktik məşqlərdə və təlimlərdə iştirak edir.

Gədəbəyin təbiəti və coğrafi şəraiti velosipedçilərin müxtəlif növ marşrutlarda məşq etmələrinə imkan yaradır. Yüksəklikdə yerləşən marşrutlar idmançıların fiziki hazırlığına müsbət təsir göstərəcək ki, bu da oktyabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıq üçün əhəmiyyətlidir.

Təlim-məşq toplanışı avqustun 30-dək davam edəcək.

Seçilən
39
11
azertag.az

10Mənbələr