ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, bu ifadələr Fransanın ölkəmizdəki səfirliyinin bəyanatında vurğulanır: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ən qısa zamanda imzalanması və ratifikasiyası bu prosesi tamamlayacaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk Qrupu strukturlarının ləğvinə başlamaq üçün birgə çağırışını dəstəkləyir. Fransa avropalı tərəfdaşları ilə birlikdə, xüsusilə Avropa Siyasi Birliyi çərçivəsində bu prosesə fəal töhfə verməkdə davam edəcək. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, habelə 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş prinsiplərə riayət etməklə regional əlaqələrin inkişafı və sərhədlərin yenidən açılması Cənubi Qafqazın region əhalisinə fayda verən sülh və firavanlıq məkanına çevrilməsinə imkan verməlidir". AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.