Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, imzalanan Bəyanamə nəinki Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına, eyni zamanda regionda insanların xoşbəxt gələcəyinə xidmət edir, dünyada sülhün möhkəmlənməsinə təkan verir:
"Bir çoxlarında belə fikir yaranırdı ki, Ermənistan yenidən silahlanaraq Azərbaycandan revanş ala bilər, sui-qəsdlər, terror aktları törədə bilər. Lakin Prezidentimizin siyasi iradəsi bütün bu halların qarşısını aldı".

Deputat qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunan və onun iştirakı ilə imzalanan bu Bəyanamə sülh üçün bir zəmanətdir:
"Donald Trampın İlham Əliyevin fəaliyyətinə verdiyi yüksək qiymət, onu yaxın dostu adlandırması deməyə əsas verir ki, bundan sonra Azərbaycan–ABŞ münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək".
Cavidan Mirzəzadə
Demokrat.az