AZ

Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri: Azərbaycan-Ermənistan sülh prosesi və ATƏT-in sonu - ŞƏRH

Bakı.Trend:

Cəmi beş il əvvəl Azərbaycanın suverenliyinin və ərazibütövlüyünün tam bərpasını, eləcə də Ermənistanın, dünyaölkələrinin, beynəlxalq təşkilatların da bu reallığı qəbuledəcəyini təsəvvür edə bilərdikmi? Doğrudur, biz inanır və ümidedirdik ki, gec-tez ədalət bərpa olunacaq.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin deputatı HicranHüseynova deyib.

"Azərbaycan yeganə dövlətdir ki, öz ərazi bütövlüyünü bərpa edibvə illərlə “dondurulmuş” adlandırılan, həll olunmaz kimi təqdimedilən bir münaqişənin ədalətli həllinə nail olub. VaşinqtondaPrezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasındaAzərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındaStrateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Stratejiİşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu imzalandı.Eyni zamanda, Azərbaycan–Ermənistan münasibətləri və ümumilikdəCənubi Qafqazda yeni dövrün başlanğıcı hesab edilə biləcək digərvacib bir sənəd – Prezident İlham Əliyev, Nikol Paşinyan və DonaldTramp tərəfindən Birgə Bəyannamə imzalandı. Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanarasında imzalanan bu Birgə Bəyannamə, eyni zamanda sülh sazişininparaflanması və ATƏT-in Minsk Qrupunun ləğvi məqsədilə ATƏT-in Başkatibinə ünvanlanan birgə müraciət, regionda tamamilə yeni birdövrün başlandığını deməyə əsas verir. Bəli, biz bu gün böyüksülhün bir addımlığındayıq. 8 avqust tarixi bu baxımdan mühüməhəmiyyət daşıyır", - deputat bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda Azərbaycan və Ermənistanmünasibətlərində əldə olunan tarixi nailiyyətlər Azərbaycanrəhbərinin səriştəli hesablamasının, güclü iradəsinin və diplomatikistedadının nəticəsidir:

"Azərbaycan Prezidenti İlham Əliyev nəyi, necə və nə vaxtedəcəyini bilən liderdir. Dövlət başçısı perspektivləri görür, hərbir qərarını dəqiq hesablayır və ölkənin milli maraqlarınıqətiyyətlə müdafiə edir. Prezident İlham Əliyev bu məqsədə ən çətinyolla, güclü beynəlxalq təzyiqlərə, bəzi dövlətlərin vətəşkilatların müqavimətinə baxmayaraq, heç bir güzəştə getmədənçatdı.

2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın parlaqqələbəsi ilə yekunlaşdı. Bu, böyük tarixi uğur idi. Ardınca isəhəmin qələbənin möhkəmləndirilməsi istiqamətində tədbirlər həyatakeçirilməyə başlandı. Prezident İlham Əliyev beynəlxalqdiplomatiyada növbəti dəfə ustad dərsi göstərdi və bu, 44 günlükVətən müharibəsinin nəticələrini qəbul etməyənlərə, regiondayaranmış yeni reallığı pozmağa çalışanlara bir dərs oldu".

H.Hüseynova qeyd edib ki, sülh prosesinin ləngiməsində aparıcırolu Ermənistanın müttəfiqləri oynayıb:

“Bayden administrasiyası bu "prosesə" rəhbərlik edirdi.Bayden-Blinken tandemi və Fransa prezidenti Makron Bakınıntəşəbbüslərini neytrallaşdırmaq və normallaşma prosesinə özgündəmlərini sırımaq üçün xeyli səy göstərdilər. Bunun üçün çoxçirkin üsullardan istifadə olunurdu. Təxribatın ardınca təxribatgəldi, bir sıra ölkələrin parlamentlərində, Avropa və insan haqlarıtəşkilatlarında Azərbaycana qarşı qarayaxma kampaniyalarıaparılırdı. Mənfur kampaniya Co Baydenin kreslosunun titrəməsi iləsona çatdı.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri, Nikol Paşinyanlabirgə imzalanan sənədlər – bu, anti-Azərbaycan “cəbhəsinin”, eynizamanda, prezident Emmanuel Makron, Parisdən “Artsax”ı tanımasınıtələb edən fransız parlamentarilərinin iflasıdır. Bu, hamınındüşündüyü kimi, ANCA-nın rəhbərlik etdiyi güclü və super nüfuzluerməni lobbisinin və diasporunun məğlubiyyətidir.

Vaşinqtonda imzalanan Birgə Bəyannamə sülh müqaviləsiistiqamətində atılan ən mühüm addımdır. Bu, Azərbaycanın vəPrezident İlham Əliyevin növbəti qələbəsidir. İrəvan Bakının bütünşərtlərini qəbul edib. Ermənistan Minsk Qrupunun buraxılması iləbağlı birgə müraciət imzaladı. Ermənistan Azərbaycana qarşı əraziiddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadıöz Konstitusiyasından çıxarmağa razılıq verdi".

H.Hüseynova sonda vurğulayıb ki, Azərbaycan Prezidenti İlhamƏliyevin daha bir uğuru Zəngəzur dəhlizinin xəyaldan reallığaçevrilməsi oldu:

“Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın regiondadünya dövləti səviyyəsində yaratdığı status-kvonu bir daha təsdiqetdi. İndi heç kim şübhə edə bilməz ki, Cənubi Qafqazın yenireallığı nəhayət beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur.Daha bir vacib uğur isə ABŞ prezidenti Donald Trampın AzadlığaDəstək Aktının 907-ci maddəsinin icrasını dayandıran sənədiimzalaması oldu. Prezident İlham Əliyevlə Prezident Donald Trampınuğurlu əməkdaşlığının nəticəsi olan bu qərar Azərbaycanın 33 ildirməruz qaldığı ədalətsizliyə son qoyur".

Milli Məclisi deputatı Məzahir Əfəndiyev isəTrend-ə bildirib ki, 1990-cıillərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı silahlıtəcavüzü nəticəsində Azərbaycan ərazisinin demək olar, beşdə biri30 il müddətində işğal altında saxlanıldı:

"İşğal həmin ərazilərdən təxminən bir milyon azərbaycanlınınkütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsiilə müşayiət olundu. Bu gün Azərbaycan bütün dünya dövlətləritərəfindən Cənubi Qafqazın lider dövləti olaraq qəbul olunur.Ermənistan artıq Azərbaycanın davamlı sülhə dair şərtlərini qəbuletməyə və Sülh Sazişini imzalamağa yaxındır.

Azərbaycan sülhün əldə olunmasının, habelə regionda yeniquruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli vəçoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir. Buprosesdə vasitəçi kimi çıxış edən Amerika Birləşmiş ŞtatlarıAzərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təminetmə səylərini, beləliklə dünya siyasi arxitekturasınıntamamlanması işinə dəstəyini yüksək qiymətləndirirlər. İstərVaşinqton, Brüssel, Moskva formatında keçirilən görüşlərdə, istərsədə bir sıra mötəbər beynəlxalq konfrans, forumlar, tədbirlərdəAzərbaycan bu məsələlərdə iştirak etməyə hazır olduğunu nəinkibəyan edir, həm də regionun davamlı inkişafının təmin edilməsiişində lokomotiv dövlət rolunu öz üzərinə götürür".

Deputat bildirib ki, hələ Bayden administrasiyası dövründəABŞ-nin yüksək dairələrində kifayət qədər güclənmiş lobbiçiqruplaşmaların təhriki ilə bəzi Amerika rəsmiləri Azərbaycana qarşıaçıq şəkildə ədalətsiz, qeyri-adekvat, beynəlxalq hüququn norma vəprinsiplərə zidd olan mövqe nümayiş etdirirdilər:

"Ümumiyyətlə, Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət,etimada əsaslanaraq hər zaman müsbət dinamika ilə inkişaf edib. Bumünasibətlərin əsası 1992-ci ilin 28 fevral tarixində qoyulub,xüsusilə, Ulu Öndər Heydər Əliyevin əvəzsiz səyləri nəticəsində ikiölkə arasında əsasən enerji sahəsində qarşılıqlı marağa söykənənəməkdaşlıq formalaşdırılıb. Bu günə qədər Azərbaycanla ABŞ arasında80-dən artıq dövlət əhəmiyyətli sənədin imzalanması mövcud yüksəksəviyyəli münasibətlərin bariz göstəricisidir.

Həmçinin, Donald Trampın 2024-cü ildə yenidən Prezidentseçilməsi Azərbaycan-ABŞ münasibətlərinə demək olar ki, yeni nəfəsverdi, liderlər arasında telefon danışıqları və məktub mübadilələribaş tutub. Prezident İlham Əliyev bir sıra çıxışlarında DonaldTramp haqqında yüksək fikirlər səsləndirərək, məhz Trampınprezidentliyi dövründə ABŞ-nin yeni müharibələrə başlamadığını,onun ailə və ənənəvi dəyərlərə sadiqliyini xüsusilə vurğulayıb.

Bu baxımdan, Prezident İlham Əliyevin avqustun 7-də AmerikaBirləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti iləVaşinqtona işgüzar səfər etməsi həm iki ölkə arasında mövcudmünasibətlərin bundan sonra yeni müstəvidə inkişaf edəcəyini, həmdə Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün bərqərarolunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiyaimkanlarının açılacağını deməyə əminlik verir".

M.Əfəndiyev qeyd edib ki, bu tarixi səfər aşağıdakıistiqamətləri özündə ehtiva edir:

"Birincisi - Azərbaycan Respublikası və Amerika BirləşmişŞtatları arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın inkişafetdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqındaAnlaşma Memorandumunun imzalanması enerji, ticarət və tranzitin dədaxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsalinfrastruktur daxil olmaqla iqtisadi sərmayə, müdafiə, silah satışıvə terrorizmə qarşı mübarizəni də əhatə edən təhlükəsizlikəməkdaşlığı istiqamətlərində strateji tərəfdaşlığın inkişafı üçünböyük əhəmiyyət daşıyır. Bu sənəd, ABŞ texnologiyası vəinvestisiyalarının Azərbaycana axını, eləcə də ABŞ-nin bölgədəiqtisadi fəallığının artması üçün əməli şərait yaradacqdır.

Eyni zamanda, Tramp administrasiyası tərəfindən “AzadlığıMüdafiə Aktı”na əlavə olunmuş 907 saylı düzəlişin icrasınındayandırılması sənədi imzalanıb. Qeyd edim ki, bu düzəliş 1992-ciildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və AzərbaycanınErmənistana qarşı guya “blokada” tətbiq etməsi bəhanə edilərək,ölkəyə dövlət yardımını qadağan etmişdi. Bu ədalətsiz qərar yalnızTramp administrasiyası dövründə ləğv olundu.

İkincisi – Prezident İlham Əliyev, Amerika Birləşmiş ŞtatlarınınPrezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziriNikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dairyeddi bənddən ibarət Birgə Bəyannamənin imzalanmasıdır.

Bu Bəyannamə Azərbaycanla Ermənistan arasında imzalanacaq SülhSazişinin mətninin demək olar ki, tamamlanması ilə yanaşı, regiondayeni dəhlizin - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun(TRIPP) açılması, eləcə də 30 ildir nəticəsiz fəaliyyət göstərənATƏT-in Minsk Qrupunun ləğv edilməsi qərarının qəbul edilməsibaxımından tarixi əhəmiyyət daşıyır".

Seçilən
52
2
az.trend.az

1Mənbələr