AZ

Xalq artistinin ölüm səbəbi AÇIQLANDI

 Ajans.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aktyorun ölüm səbəbini "Mash" nəşri açıqlayıb . Nəşrin məlumatına görə, Krasko son bir neçə ildə insultla ilə mübarizə aparıb. 2023-cü ildə o, dördüncü dəfə insult keçirdi, nəticədə bədəninin sol tərəfini hiss etməyi dayandırdı. Bundan başqa, sənətçi mədə-bağırsaq xərçənginə tutulub. Kraskonun ölüm xəbəri avqustun 9-da yayılIB. Onun 94 yaşı var idi. Avqustun 1-də Kraskonun ağır vəziyyətdə reanimasiyaya aparıldığı bildirilir. Sənətçi təkbaşına nə yemək yeyə bilirdi, nə də su içə bilirdi.

İvan Krasko 1930-cu ildə Leninqrad vilayətində anadan olub. O, "Taiga imperatorunun sonu", "Alayın oğlu", "Qışda milli ovun xüsusiyyətləri", "Brejnev", " Taras Bulba " və "Buz" kimi onlarla filmlərdə rol alıb. 1992-ci ildə Rusiyanın xalq artisti adını alıb.

Seçilən
9
Ajans.az

1Mənbələr