"Azərreyl" voleybol komandası heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, onlar bu dəfə Asiyət Abuyevanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Azərreyl" son mövsümdə Azərbaycan çempionu olub.