AZ

Gürcüstanda Anaklia limanı ilə əlaqədar yeni avtomobil və dəmir yolları tikəcək

Tbilisi, 9 avqust, AZƏRTAC

Gürcüstan hökuməti Anaklia (Sameqrelo-Zemo Svaneti bölgəsi) limanının tikintisini bərpa etmək qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, tikintinin 51 faizi dövlətə məxsus olacaq. Həmçinin limanın tikinti xərclərinin bir hissəsini dövlət öz üzərinə götürüb.

Hökumətin yeni qərarına əsasən, limana gediş-gəlişin və yükdaşımaların həcminin artırılması məqsədi ilə yeni avtomobil və dəmir yolu xətləri tikiləcək. Bu yollar Anaklia limanını Gürcüstanın qalan hissəsi ilə birləşdirəcək. Hökumətin müvafiq sərəncamı ilə 2026-cı ildə yolun Anakliya limanına gedən hissəsinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılacaq.

Qeyd edək ki, limanın tikintisinə 2024-cü ilin sentyabrında başlanılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
7
4
azertag.az

5Mənbələr