AZ

"Hava limanında gecələyən, istirahətləri "gözlərindən gələn" sərnişinlər" - Bu zaman nə etməlidirlər?-EKSPERT açıqlayır-ÖZƏL

"Bir neçə gün öncə Türkiyədə olarkən uçuşun gecikməsi ilə bağlı problem yaşadım. Belə ki, artıq səyahətimi başa vurub, Bakıya dönməli idim, amma uçuşumun bir gün ertələndiyi məlum oldu. Yaranmış problemlə bağlı hava yolu şirkəti mənə alternativ təklif etmədi. Oteldən də bildirildi ki, hazırda yer doluluğu səbəbi ilə sizə kömək edə bilməyəcəyik. Bu halda mən yeni otel axtarmalı, bir gün Antalyada qalmalı idim. Mən bu xərci nəzərə almamışdım" Bunu Moderator.az-a açıqlamasında şikayətçi Səbinə Məmmədli bildirib. O bildirib ki, dostlarının bank hesabına köçürdüyü vəsaitlə bir gün əlavə Antalyada qala bilib. Bəs belə olan halda sərnişin nə etməlidir?
 
Mövzu ilə bağlı turizm eksperti Elçin Novruzov Moderator.az-a açıqlamasında bildirib ki, belə hallarda diqqət edilməli məqamlar var:
 
"Yüksək tələbat mövsümü zamanı sərnişinlərin üzləşdiyi problemlərdən biri də uçuşların gecikməsi yaxud ləğv olunmasıdır. Burada da diqqət edilməli məqamlar var. Əgər uçuş 3 saatdan artıq təxirə düşübsə bu zaman hava yolu şirkətindən kompensasiya olaraq yemək və içki tələb edə bilərsiz. Əgər gecikmə 5 yaxud 6 saatı keçirsə, bu zaman biletin tam dəyərini almağı tələb edə bilərsiz. Əgər uçuş qeyd etdiyimiz saatlardan çox olubsa, növbəti günə ertələnibsə, hava yolu şirkəti sərnişini otel yaxud qalacaq yerlə təmin etməlidir. Bu kompensasiyalar adətən texniki səbəb və personal çatışmazlığı yarandığı halda verilə bilir. Ona görə də biz müştərilərimizə uçuşdan bir gün öncə qeydiyyatdan keçmələrini tövsiyyə edirik" deyə turizm eksperti bildirib.
 
Elçin Novruzov bildirib ki, hazırda azərbaycanlı turistlərin üz tutduğu ölkələr arasında Türkiyə və Monteneqro üstünlük təşkil edir:
 
"Hal-hazırda yay mövsümüdür və insanlar müxtəlif ölkələrə üz tuturlar. Azərbaycanlıların ən çox üz tutduğu ölkələr Türkiyə, Monteneqro, nisbətən Yunanıstan və İndoneziyadır. Yunanıstana tələbatın az olmasının səbəblərindən ən başlıcası şengen vizasının tələb olunmasıdır. Bu prosedura görə insanlar ora getməkdən çəkinir. Vaxt itkisi, əlavə sənət toplusu və s.insanlara yorucu gəlir. İndoneziya, yəni Baliyə tələbatın az olma səbəbi mövsüm vaxtı tək aviabiletlərin qiymətinin 1 nəfər üçün gediş-dönüşünün 2000-2500 manata olmasıdır. Bu da ölkəmizin əksər insanları üçün bahalı sayılır" deyə o bildirib.
Seçilən
14
moderator.az

1Mənbələr