AZ

İtaliya rəsmisi: Diplomatiyanın silahları əvəz etməsi həmişə müsbət xəbərdir

ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 40 ilə yaxın davam edən silahlı münaqişədən sonra imzalanmış sülh sazişi tarixi dönüş nöqtəsi və ümid əlamətidir.

Operativ Media xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini Matteo Salvini deyib.

O, diplomatiyanın silahları əvəz etməsinin həmişə müsbət xəbər olduğunu qeyd edib.

“Qoy bu addım dünyanın digər münaqişə zonaları üçün də yaxşı əlamət olsun, xüsusən avqustun 15-də Alyaskada Trampla Putinin görüşü ərəfəsində. Bu gün hər zamankından daha çox hamının öhdəliyi bir istiqamətdə olmalıdır: sülh”, – o qeyd edib.

Seçilən
18
operativmedia.az

1Mənbələr