AZ

Ağdərədə yanğın törədən şəxs saxlanılıb

Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının 1983-cü il təvəllüdlü Sənan Əliyevin məişət tullantılarını yandırmaq üçün qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub və o, saxlanılıb.

Faktıa bağlı rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

Seçilən
32
19
ekologiya.az

10Mənbələr