AZ

Yeni Ələt–Astara yolunda gediş-gəliş bərpa olundu - YENİLƏNDİ

BİLƏSUVAR, 9 avqust. TELEQRAF

Yanğın səbəbi ilə bağlanmış Yeni Ələt-Astara yolu açılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, magistralın Biləsuvar rayonu ərazisindən keçən hissəsində yanmış “Mercedes” markalı avtomobil söndürülüb.

Hadisə ilə bağlı ərazidə aparılan təhlükəsizlik tədbirlərinin ardından yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.

***

13:15

Yeni Ələt-Astara yolu bağlanıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, magistralın Biləsuvar rayonundan keçən hissəsində avtomobilin yanması səbəbindən hazırda yolun bir istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.

Yanğın bir neçə kilometrdən açıq-aydın görünür.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr