“Dünən sülh sazişi paraflanandan sonra azərbaycanlı həmkarım Ceyhun Bayramovla uzun telefon danışığımız olub”.
7Times.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan tərəfi əvvəlcədən Türkiyəyə məlumat vermişdi: “Biz ümumilikdə prosesi hərtərəfli nəzərdən keçirdik. Zəngəzur dəhlizini də müzakirə etdik. Strategiyamızdakı Zəngəzur dəhlizi layihəsi həyata keçərsə, Avropadan başlayıb Asiyanın dərinliklərinə qədər birbaşa gedən bir nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsi olacaq. Bu, Türkiyəni Qafqaz regionu, Xəzər dənizi üzərindən sadəcə Mərkəzi Asiyaya yox, birbaşa türk dünyasına bağlayacaq, türk dünyasını isə Türkiyə üzərindən Avropaya bağlayacaq, Avropanı isə Türkiyə üzərindən Asiyanın dərinliklərinə bağlayacaq”.