AZ

"Nyukasl" Malik Tiav üçün təklifini artırıb

"Nyukasl" müdafiə xəttini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqası klubu "Milan"ın müdafiəçisi Malik Tiav üçün təklifini yaxşılaşdırıb.

24 yaşlı futbolçu daha əvvəl "Nyukasl" ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. "Milan"ın baş məşqçisi Massimiliano Alleqri oyunçunu heyətdə saxlamaq istəsə də, İngiltərədən gələn yeni təklif vəziyyəti dəyişdirə bilər.

Transfermarkt portalının qiymətləndirməsinə görə, almaniyalının dəyəri 18 milyon avrodur. 2025/2026 mövsümündə "Nyukasl" Çempionlar Liqasında çıxış edəcək, "Milan" isə avrokuboklarda iştirak etməyəcək.

Seçilən
42
90deqiqe.az

1Mənbələr