AZ

Misli premyer-liqası: ilk turun təqvimi

Misli premyer-liqasının 2025/26 mövsümündə 1-ci turun oyun cədvəli məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.

15 avqust
Karvan-Yevlax – Qəbələ

Şamaxı, şəhər stadionu. Saat 17.00

16 avqust
İmişli – Turan Tovuz

Şamaxı, şəhər stadionu. Saat 17.00.

Neftçi – Şamaxı
Bakı, “Neftçi Arena”. Saat 20.00.

17 avqust
Sabah – Qarabağ

Masazır, “Bank Respublika Arena”. Saat 18.30.

Sumqayıt – Kəpəz
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20.30.

18 avqust
Zirə – Araz-Naxçıvan
Zirə, İdman Kompleksinin stadionu. Saat 20.00.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” - “Qarabağ” oyunu təxirə salınacaq.

“İmişli” Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.

Seçilən
64
1
football-plus.az

2Mənbələr