AZ

Hakan Fidan: Türkiyə ABŞ ın Azərbaycan Ermənistan sülh danışıqlarına töhfəsini təqdir edir

ain.az, Apa.az saytına istinadən bildirir.

“ABŞ-ın təşəbbüsü ilə baş tutan Azərbaycan-Ermənistan arasında sülh danışıqları çox əhəmiyyətlidir”.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan misirli həmkarı ilə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Cənubi Qafqazda davamlı sülh istiqamətində atılan addımlar bizi sevindirir: “Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın baxışı ilə necə ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dəstək verdisə, işğaldan sonrakı dönəmdə də sülhə var gücü ilə dəstək verib, hər iki tərəfi cəsarətləndirdi. Türkiyə Azərbaycan və Ermənistan tərəfinin cəsur addımlarını, eləcə də ABŞ tərəfinin də bu prosesə töhfəsini təqdir edirik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
apa.az

2Mənbələr