Azərbaycan dünyanın bir nömrəli gücü ilə tamhquqlu tərəfdaşlığa necə nail oldu?
Prezident İlham Əliyevin Vaşinqton səfəri və bu səfər əsnasında ABŞ-la imzalanan tərəfdaşlıq sənədləri bütün dünyada böyük maraq və diqqətlə izlənməkdədir. ABŞ-Azərbaycan tərəfdaşlığında qlobal gücləri heyrətləndirən bir sıra məqamlar var ki, bunlardan biri Prezident İlham Əliyevin Ağ Evin ölkəmizə olan sərt münasibətini qısa zamanda müsbətə doğru dəyişdirməsi, münasibətlər sistemini siyasi qarşıdurmadan əsl tərəfdaşlığa çevirməsidir.
Xatırladaq ki, Bayden-Blinken administrasiyası dönəmində ABŞ Azərbaycana münasibətdə qərəzli yanaşmalara yol verir, dövlətimizə münasibətdə ədalətsiz mövqe sərgiləyirdi. 2023-cü ilin anti-terror əməliyyatından sonra Azərbaycan rəsmilərinin ABŞ-a səfərlərini təxirə salınması, hətta ölkəmizin sanksiyalarla hədələnməsi Bayden rejiminin dövlətimizə olan xoşagəlməz mnasibətindən xəbər verirdi. Lakin o zaman bütün təhdid və psixoloji təzyiqləri layəqətlə dəf edən rəsmi Bakı, Donald Trampın prezidentliyi dönəmində dövlətlərarası münasibətlərdə əsaslı dönüş yaratmağa nail oldu. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan diplomatiyası ABŞ-ın yeni rəhbərliyini ölkəmizin ədalətli mövqeyinə inandırmağı bacardı. Prezident İlham Əliyev şəffaf, obyektiv, cəsarətli siyasəti ilə sübut etdi ki, Bayden hakimiyyətinin ölkəmizə münasibəti əsla ədalətli deyil və sonsuz qərəz, əsassız etimadsızlıqla yüklənib. Habelə, İlham Əliyev əməli baxımdan isbatladı ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və onun yürütüdüyü siyasət bütün region xalqlarının təhlükəsizliyinə xidmət edir. Məhz bütün bunlar ABŞ-ın Azərbaycana münasibətinin dəyişməsinə, daha sağlam dəyərlərə üzərində inkişaf etməsinə səbəb oldu. Dünən – 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla ABŞ arasında imzalanan sənədlər isə iki dövlət arasındakı münasibətlərdə yeni bir dönəmin başlanğıcını qoydu. Donald Trampın Prezident İlham Əliyevi yüksək səviyyədə qarşılaması, ona xüsusi hörmət və ehtiram göstərməsi, Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini ortaya qoyması bütün dünyada əsl şok effekti yaratdı. Dünya bir daha İlham Əliyev dühasının böyüklyünə, onun qlobal hadisə və proseslərə təsir gücünə şahid oldu.
Qeyd edək ki, iki dövlət arasında tərəfdaşlıq sahəsində əldə edilən mühüm razılaşmalardan biri “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiya" hazırlanması ilə bağlı oldu. Hansı ki, bu xartiya iki dövlət arasıdna müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutur. Prezident İlham Əliyev bu xartiyanın əhəmiyyətini yüksək qiymətləndirərək demişdir:
“Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. ABŞ-la strateji tərəfdaşlıq münasibətləri çox böyük imkanlar yaratmaqla yanaşı, ciddi məsuliyyət də daşıyır. Bu format bir çox sahələri qarşılıqlı investisiyalar, ticarət, enerji, tranzit, süni zəka, müdafiə sahəsində mübadilə, terrorçuluğa qarşı mübarizə və digər istiqamətləri əhatə edir. Bütün bu sahələrdə böyük perspektivlər var. Buna görə də Azərbaycan üçün həm inkişaf, həm də iqtisadiyyatın şaxələndirilməsi baxımından geniş imkanlar açılır.”
Artıq Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə avqustun 7-də Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb ki, bu da tərəflər arasında praktiki əməkdaşlığa start verildiyini göstərir.
Önəmli nüasladan biri isə ondan ibarətdir ki, Azərbaycanla ABŞ arasında tərəfdaşlıq əlaqələrinin qurulması ölkəmizin iqtisadi maraqları ilə yanaşı, həm də siyasi və təhlükəsizlik maraqları baxımından da mühüm önəm kəsb edir. Bu tərəfdaşlıq Azərbaycanın milli maraqlarının etibarlı şəkildə müdafiəsini təmin edəcək ki, bu da dövlətimizin növbəti strateji uğuru deməkdir.
Xatırladaq ki, Prezident İlham Əliyev də bu məqama diqqət çəkərək deyib:
“Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Təbii ki, Azərbaycanın milli maraqlarının qorunması baxımından ABŞ ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.”
Bir sözlə, Prezident İlham Əliyev Vaşinqton səfəri və bu səfər əsnasında imzaladığı sənədlər sadəcə Azərbaycanın deyil, bütün regionun həyatıdna yeni bir səhifə açmış oldu. Proseslərin təhlili göstərir ki, bu səhifə dövlətimiz və onun maraqlarının müdafiəsi adına çoxsaylı uğurlar, bir-birindən əhəmiyyətli nailiyyətlərlə yadda qalacaq.
Seymur ƏLİYEV