Ukrayna Təhlükəsizlik Xidməti uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Ukraynadan 1000 kilometrdən çox məsafədə yerləşən Tatarıstandakı “Şahed” pilotsuz aparatlarının saxlandığı anbara zərbə endirib.
Bu barədə RBC-Ukrayna məlumat yayıb.
Qeyd edilib ki, bu gün səhər saatlarında uzaqmənzilli PUA-lar Tatarıstan Respublikasının Kızıl-Yul yaşayış məntəqəsində yerləşən logistika mərkəzini vurub.
Anbarda istifadəyə hazır “Şahed” zərbə dronları və onların istehsalı üçün nəzərdə tutulmuş xarici komplektlər saxlanılırdı.