ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
Dünyanın kişi və qadın tennisçilərinin ənənəvi həftəlik reytinqi açıqlanıb. "Football-plus.az" xəbər verir ki, Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) kişi tennisçilər üçün açıqladığı siyahıda ilk “5-lik”də heç bir dəyişiklik yoxdu. Reytinq cədvəlinin önündə Yannin Sinner qərarlaşıb, onu Karlos Alkaras və Aleksandr Zverev izləyir. Vaşinqton turnirində qələbə qazanan Aleks De Minaur 13-cü pillədən 8-ci pilləyə yüksəlib. Andrey Rublev ilk “10-luğ”u tərk edib.ATP reytinqi1 (1*). Yannik Sinner (İtaliya) 12030 2 (2). Karlos Alkaras (İspaniya) 86003 (3). Aleksandr Zverev (Almaniya) 60304 (4). Teylor Frits (ABŞ) 51355 (5). Cek Dreyper (B.Britaniya) 46506 (6). Novak Cokoviç (Serbiya) 41307 (8). Ben Şelton (ABŞ) 35208 (13). Aleks De Minaur (Avstraliya) 33359 (9). Holger Rune (Danimarka) 325010 (7). Lorentso Muzetti (İtaliya) 3195Qadın Tennisçilər Assosiasiyası (WTA) da yenilənmiş siyahını açıqlayıb. Burda da ilk “10-luğ”da heç bir dəyişiklik baş verməyib. Əvvəlki kimi reytinq cədvəlinə yenə Arina Sobolenko rəhbərlik edir. 2-ci pillədə Kori Qauff, 3-cü pillədə isə İqa Sventek qərarlaşıb.WTA reytinqi1 (1). Arina Sobolenko (Belarus) 12420 2 (2). Kori Qauff (ABŞ) 76693 (3). İqa Sventek (Polşa) 68134 (4). Cessika Pequla (ABŞ) 64235 (5). Mirra Andreyeva (Rusiya) 49146 (6). Çjen Sinven (Çin) 45537 (7). Amanda Anisimova (ABŞ) 44708 (8). Medison Kiz (ABŞ) 43749 (9). Yasmin Paolini (İtaliya) 357610 (10). Paula Badosa (İspaniya) 3454* - əvvəlki reytinqdə yerini göstərir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.