AZ

"Azərbaycanla Ermənistan arasında demarkasiya prosesi davam etməlidir" - Paşinyan


Ermənistan ilə Azərbaycan arasında sərhədlərin demarkasiya prosesi davam etməlidir. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, elə ərazilər var ki, Ermənistana məxsusdur, lakin, Azərbaycanın nəzarətindədir. Amma elə ərazilər də var ki, Azərbaycana məxsusdur, amma Ermənistanın nəzarətindədir. Ona görə də, demarkasiya prosesi davam etməlidir.

“Bizə aid olmayan əraziləri Azərbaycana qaytarmalıyıq. Azərbaycana aid olmayan ərazilər də bizə qaytarılmalıdır”, - deyə Paşinyan bildirib.

Seçilən
21
5
baki-xeber.com

6Mənbələr