AZ

Qurbanov Liqanın bürünc medalçısı ilə vidalaşdı, bu kluba qayıtdı

«Araz-Naxçıvan»dan ayrılan futbolçuların sayı 7-yə çatıb.

Son iki mövsümü burada keçirən Bayraməli Qurbanov gedən qafiləyə qoşulub.

Yarımmüdafiəçi bundan sonra karyerasını I Liqada davam etdirəcək. O, bu gün «Difai» ilə 1 illik müqavilə imzalayıb.

Bu, Qurbanovun «fədailər»ə ikinci gəlişidir. Qarabağ qazilərinin təmsilçisi 22 yaşlı vingeri 2023/24-cü il mövsümünün ikinci yarısındaicarə əsasında sıralarına qatıb.

Premyer Liqanın bürünc medalçısı onadək Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benni), Miço Kuzmanovi, İqor Ribeyro və Tuqay Əlizadə ilə vidalaşıb.

SPORTİNFO.AZ

Qurbanov

Seçilən
17
sportinfo.az

1Mənbələr