22 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi, ispaniyalı tennisçi Rafael Nadal və həyat yoldaşı Mariya ikinci dəfə valideyn olublar.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Ultima Hora" məlumat yayıb.
Mariya avqustun 7-də oğlu Mikeli dünyaya gətirib. Ailə üç gün sonra xəstəxanadan evə buraxılıb.
Rafael və Mariya ilk övladları Rafael Jr.-ı 2022-ci ilin oktyabrında qarşılayıblar.
Qeyd edək ki, 39 yaşlı Nadal 2024-cü ilin oktyabrında idman karyerasını bitirmək qərarını açıqlayıb.