BAKI, 9 avqust.TELEQRAF.
ABŞ Prezidenti Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ağ Evdə görüşü “iki qalib, bir məğlubun sammitinə” çevrilib.
Teleqraf xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib.
O deyib: "İndi Paşinyan iki qalib-bir məğlubun Vaşinqton sammitində öz iştirakı ilə yekunlaşan beynəlxalq alçaldılmaya görə acığınıöz xalqından çıxacaq, dövlət suverenliyi, Erməni Apostol Kilsəsi və erməni indentikliyinin qorunub saxlanmasını müdafiə edənlərə qarşı təqib və qisas siyasətini davam etdirəcək".
Onun sözlərinə görə, reallıqda onsuz da zəif vəziyyətdə olan Ermənistan Vaşinqtondakı görüşdən və üç lider arasında ilkin razılaşmalardan özü üçün əhəmiyyətli heç nə qazanmır.