AZ

EDDE Global və İstinye Universiteti doktorantura təhsilini daha əlçatan etdi-FOTOLAR

Bakıda xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərin iştirakı ilə genişmiqyaslı görüş təşkil olunub. Tədbirin əsas tərəfdaşları EDDE Global və İstinye Universiteti olub.

Editor.az xəbər verir ki, görüşdə 100-ə yaxın yerli və beynəlxalq təhsil şirkətinin nümayəndələri iştirak edərək İstinye Universitetinin akademik proqramları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün nəzərdə tutulan xüsusi təkliflər barədə ətraflı məlumat əldə ediblər.

İstinye Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri İsmail Çiftçi çıxışında Azərbaycanın universitet üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Məqsədimiz təhsil şirkətləri ilə daha sıx əməkdaşlıq qurmaq və azərbaycanlı gənclərə yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən təhsil imkanları təqdim etməkdir. İstinye Universitetində tələbələr yalnız nəzəri biliklər deyil, həm də praktik təcrübə, güclü akademik dəstək və geniş qlobal şəbəkə əldə edirlər.”

EDDE Global şirkətinin rəhbəri Miryusif Cavadzadə isə bildirib ki, tərəfdaşlıq çərçivəsində doktorantura təhsil haqlarında mühüm güzəştlər tətbiq edilib:

“İstinye Universitetində doktorantura proqramlarının 12.500 ABŞ dolları məbləğində olan təhsil haqqını 5.800 dollara, yəni illik 1.450 dollara endirməklə, istedadlı gənclərin dünya səviyyəli təhsilə çıxışını daha əlçatan etmişik. EDDE Global olaraq biz yalnız universitetlərlə deyil, həm də tələbələrlə uzunmüddətli strateji əməkdaşlıq qururuq.”

Tədbir çərçivəsində iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, İstinye Universiteti, Times Higher Education (THE) beynəlxalq reytinqinə əsasən, dünya üzrə ilk 1000 ali təhsil müəssisəsi sırasında, mühəndislik sahəsində isə ilk 500-lükdə yer alır.

//Editor.az

Seçilən
7
editor.az

1Mənbələr